İdman ayaqqabılarının təmizlənməsi və təmiri üçün robot - Nike BILL hazırlanıb

Bənövşə Kazımova
16 Sentyabr 2022 17:25
65 baxış
İdman ayaqqabılarının təmizlənməsi və təmiri üçün robot - Nike BILL hazırlanıb

Nike idman ayaqqabılarını təmizləyə və təmir edə bilən BILL robotunu təqdim edib. Robotun əsas missiyası idman ayaqqabılarının ömrünü uzatmaq və ətraf mühitə təsir edən tullantıların miqdarını azaltmaqdır.

Robot təmizlənəcək ayaqqabıların 3D modelini yaradır və işin bütün mərhələlərini göstərir. Orta hesabla bir cüt ayaqqabının təmizlənməsi 40-45 dəqiqə vaxt aparır.

BILL  Nike-ın London mağazasında həyata keçirilən eksperimental layihədir. BILL vasitəsilə hələlik Air Force 1, Air Jordan 1, Space Hippie 01 və Nike Dunk-ı təmir etmək və ya təmizləmək mümkündür.

© copyright 2022 | tech.az | info@tech.az