İlon Mask Neuralink ilə bağlı yeni təqdimat edəcək

Bənövşə Kazımova
25 Avqust 2022 12:09
62 baxış
İlon Mask Neuralink ilə bağlı yeni təqdimat edəcək

Mask 31 oktyabrda beyin-kompüter interfeysi Neuralink layihəsi ilə bağlı tədbir keçirəcəyini açıqlayıb.

Bu tədbirin ağlını istifadə edərək video oyunlar oynaya bilən meymunun keçən il təqdim edilməsindən sonra keçirilən ilk böyük tədbir olacağı bildirilir. 

Onu da qeyd edək ki, insanları və kompüterləri birləşdirmək üçün ultra yüksək zolaqlı beyin-maşın interfeyslərini inkişaf etdirməyə çalışan Neuralink beyin pozğunluqlarını müalicə etməyə, insan beynini qorumağa və təkmilləşdirməyə kömək edəcək və nəticədə insanları süni intellektlə birləşdirəcək. Bundan əlavə, insan beyninə yerləşdiriləcək çip sayəsində insanlarla kompüterlər arasında birbaşa əlaqə yaratmaq məqsədi ilə yola çıxan İlon Mask-ın bu layihəsi 2020-ci ildə heyvanlar üzərində sınaqdan keçirilib.

© copyright 2022 | tech.az | info@tech.az