İlon Mask Twitter-ə görə Tesla-nı satır

Bənövşə Kazımova
29 Aprel 2022 13:30
82 baxış
İlon Mask Twitter-ə görə Tesla-nı satır

İlon Mask Twitter-in 44 milyard dollara satın alınmasını ödəmək üçün Tesla səhmlərinin əhəmiyyətli bir hissəsini satıb. Ötən günlərdə xəbər verdiyimiz kimi İlon Mask Twitteri 44 milyard dollara satın almışdı. İndi isə bu məbləği ödəmək üçün onun Tesla səhmlərinin bir hissəsini satdığı məlum olub. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının paylaşdığı sənədlərə görə, İlon Mask Tesla səhmlərinin təxminən 4 milyard dollarlıq hissəsini satıb. Mask Tesla səhmlərini satdığı xəbərinə "Bu gündən sonra daha TESLA satışını planlaşdırmıram" cavabını verib. Dünən axşam elan edilən satış xəbərindən sonra Tesla səhmləri 2,6 faiz ucuzlaşıb. İlon Maskın Twitter-i ələ keçirmə iddialarından sonra Tesla səhmləri ümumilikdə 20 faiz dəyər itirib.

© copyright 2022 | tech.az | info@tech.az