İngiltərə süni intellektlə bağlı xəbərdarlıq edib

Bənövşə Kazımova
17 Mart 2023 11:42
359 baxış
İngiltərə süni intellektlə bağlı xəbərdarlıq edib

İngiltərənin kəşfiyyat agentliyi süni intellekt çatbotlarının yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

Belə ki, İngiltərə Milli Kiber Təhlükəsizlik Mərkəzi ChatGPT kimi çatbotların potensial risklərini vurğulayıb.

Bildirilib ki, ChatGPT və ya Bing kimi çatbotlarda edilən bütün sorğular məlumat kimi OpenAI serverlərinə gedir və buna görə də hansı məlumatın verildiyinə diqqət yetirilməlidir.

Hətta Amazon və JPMorgan kimi şirkətlər xüsusi olaraq işçilərindən həssas məlumatların sızmasından qorxaraq ChatGPT-dən istifadə etməmələrini xahiş edirlər. Bundan əlavə, süni intellektlə işləyən botların kibercinayətkarlıq fəaliyyətini daha da gücləndirə bilməsi ehtimalı da var.

© copyright 2022 | tech.az | info@tech.az