İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə ClimateLaunchpad 2022-nin Azərbaycan finalı baş tutub

Bənövşə Kazımova
15 Sentyabr 2022 12:14
125 baxış
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə ClimateLaunchpad 2022-nin Azərbaycan finalı baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə ClimateLaunchpad 2022-nin Azərbaycan finalı keçirilb. Finalda Social Innovation Lab-ın təşkilatçılığı ilə, həm yerli, həm də xarici ekspertlərdən ibarət münsif heyətinin qərarına əsasən ClimateLaunchpad proqramının qalibləri elan olunub.

Rəqəmsal qəbzlər təqdim edən Recepta komandası  1-ci yerə, bioəsaslı material istehsalını təklif edən GreenPack komandası 2-ci yerə, günəş panellərində innovativ həll yaradan Ateshgah komandası  isə 3-cü yerə layiq görülüb.

Dünyanın ən böyük "cleantech"  proqramı olan ClimateLaunchpad-in əsas məqsədi enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi, təkrar emal kimi mövzularda innovativ ideyalar tapmaq və bu istiqamətlərdə həllər təqdim edən startaplar üçün rəqabətli mühit yaratmaqdır. Nəzərinizə çatdıraq ki, proqramın qalibləri Regional Finalda 50 ölkənin təmsilçiləri ilə Dünya Finalına vəsiqə qazanmaq üçün yarışacaqlar.

© copyright 2022 | tech.az | info@tech.az