Instagram Reels-ə iki yeni xüsusiyyət əlavə olunur

Səbinə Eyvazova
13 May 2022 13:30
45 baxış
Instagram Reels-ə iki yeni xüsusiyyət əlavə olunur

Yeni funksiyalar haqqında məlumat iki ayrı istifadəçi tərəfindən Twitter-də paylaşılıb.  Belə ki, markalar üçün məhsulun etiketlənməsi xüusiyyəti əlavə olunacaq. Son illərdə sosial medianın yüksəlişi ilə brendlər məzmun yaradıcıları ilə işləməyə başlayıb. Məhsulları təbliğ edən və ya sosial media hesablarından bəzi təkliflər verən yüksək profilli insanlar, postlar vasitəsilə məhsulları tanıtdırır və onlara linklər əlavə edirlər. Lakin əsas promosyonlar Reels yazıları vasitəsilə həyata keçirilir. Hazırda sınaq mərhələsində olan yeni funksiya sayəsində istifadəçilər öz Reels videolarına məhsulları etiketləyə biləcəklər. Bu sayədə Reels-də tanıtdıqları məhsullara giriş daha asan olacaq. Instagram-ın sınaqdan keçirdiyi digər bir funksiya da sosial media platformasından istifadə edən bir çox insanın tanış olduğu xüsusiyyətlər arasındadır. Instagram yazıları və Reels yazılarını digər sosial media platformalarında paylaşmağa icazə verəcək. Nəhayət, Instagram Avatarlarının gələcəkdə xüsusi stikerlər arasında istifadə ediləcəyi də gözlənilir. Qeyd edək ki, hər iki funksiya hazırda yalnız sınaq mərhələsindədir. Onların stabil versiyaya nə vaxt gələcəkləri və digər detallar hələlik bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az