Intel və Samsung genişlənə bilən ekran prototipi təqdim edib 

Bənövşə Kazımova
29 Sentyabr 2022 14:40
81 baxış
Intel və Samsung genişlənə bilən ekran prototipi təqdim edib 

Intel və Samsung üfüqi olaraq 17 düymədək genişlənən 13 düymlük OLED ekran prototipi hazırlayıb. Bu ekran texnologiyası "Intel Innovation 2022" tədbirində   Intel CEO-su Pat Gelsinger və Samsung Display-in CEO-su Ceyes Çoi tərəfindən təqdim olunub.

Planşet ölçülü cihazı əlində tutan Pat Gelsinger ekranın kənarındən çəkib və 13 düymlük OLED ekranını 17 düymlük ekrana çevirib. Məlumata görə, ekran Android və Windows əsaslı cihazlarda, eləcə də monitorlarda istifadə oluna bilər.

Bu displeyin ayırdetmə qabiliyyəti, tərəf nisbəti, parlaqlığı və digər xüsusiyyətləri isə hələ ki məlum deyil. Buna görə də cihazın yaxın zamanda istehsal olunub olunmayacağı da bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az