İnternet tarixinin bəzi "ilk"ləri

Səbinə Eyvazova
01 Sentyabr 2022 15:59
1218 baxış
İnternet tarixinin bəzi "ilk"ləri

İlk axtarış sistemi - İnternetin ilk axtarış sistemi 1990-cı ildə universitet tələbəsi Alan Emtaje tərəfindən yaradılmış "Archie" olmuşdur.

İlk e-poçt - Göndərilən ilk elektron poçt 1971-ci ildə proqramçı Rey Tomlinson tərəfindən göndərilib. İlk e-poçtun məzmunu “QWERTYUIOP” idi. İndi isə gündə 333,2 milyard e-poçt göndərilir.

İlk domen - İlk domen genişləndirilməsi kompüter istehsalçısı Symbolics tərəfindən 15 mart 1985-ci ildə alınıb. İlk alınan domen "symbolics.com" olub.

İnternetə yüklənən ilk şəkil -  İnternetə yüklənən ilk şəkil CERN-də çalışan qadınlardan ibarət Les Horribles Cernettes musiqi qrupunun bu şəklidir. Foto 1992-ci ildə WWW-nin ixtiraçısı Tim Berners-Li tərəfindən internetə yüklənib.

İlk emojilər - İlk emojilər 1999-cu ildə yapon Şigetaka Kurita tərəfindən hazırlanmışdır.

İlk tvit - Twitter-in qurucusu Cek Dorsi 2006-cı ilin mart ayında öz hesabından "Jack" adlı istifadəçi adı ilə ilk tviti atıb. Cek Dorsi-nin bu tviti "just setting up my twttr" idi.

İlk YouTube videosu - İlk YouTube videosu 2005-ci il 23 apreldə Caved Karim tərəfindən paylaşılıb. "Me at the Zoo" başlıqlı 19 saniyəlik video hazırda 243 milyon baxış sayına çatıb.
 

Instagramın ilk postu - Instagram-ın ilk paylaşımı 17 iyul 2010-cu ildə platformanın yaradıcılarından biri olan Kevin Sistrom tərəfindən edilib.

© copyright 2022 | tech.az | info@tech.az