Investyn - Azərbaycanda daşınmaz əmlaka investisiya sahəsində yeni platforma

Cəmil Hüseynzadə
06 İyul 2022 13:30
70 baxış
Investyn - Azərbaycanda daşınmaz əmlaka investisiya sahəsində yeni platforma

Platforma investorlara böyük büdcəyə sahib olmadan belə daşınmaz əmlaka sərmayə yatırıb, gəlir əldə etməyə imkan yaradacaq.

Hazırda daşınmaz əmlaka investisiya yüksək maliyyə tələb edən bir investisiya növüdür. Platforma minimal məbləğlə investisiyanı mümkün edərək bu problemi həll edir və daşınmaz əmlak investisiyasını hamıya əlçatan edir.

Proses isə çox sadədir: Investyn ölkənin ən etibarlı tikinti şirkətlərininin mənzillərini seçib platformada yerləşdirir. İnvestorlar isə yerləşdirilən mənzillərdən bir və ya bir neçəsinə istədiyi məbləğlə investisiya edərək, mənzilin daha baha satılmasından və ya icarəsindən gəlir əldə edir. 

Komanda hazırda platformanı mükəmməlləşdirmək üçün dayanmadan çalışır və ilk investorlarını gözləyirlər.

Daha ətraflı: investyn.me

© copyright 2022 | tech.az | info@tech.az