Counterpoint Research-in hesabatına görə, Apple iPhone 13 Hindistanda bu rübdə ən çox satılan telefon olub. Həmçinin 2022-ci ilin üçüncü rübündə Hindistanda smartfon tədarükü illik müqayisədə 11% azalaraq 45 milyon ədəd təşkil edib. İllik azalmanın ilk dəfə üçüncü rübdə yaşandığı bildirilsə də, 2021-ci ilin üçüncü rübündə artan tələbin və istehlakçıların büdcəyə uyğun məhsullara marağının azalmasının buna səbəb olduğu bildirilir.
Hesabat əsasında bu dövrdə ən yaxşı smartfon satışını edən markanın Apple olduğu müəyyənləşib. Belə ki, Apple ilk dəfə Hindistanda 5%-lik bazar payına çatıb və iPhone 13 şirkətin bu rübdə ən çox satılan modeli olub.
Xiaomi isə Hindistan bazarında liderliyini qoruyub saxlasa da, illik müqayisədə 19% azalıb. Giriş səviyyəli modellər istehlakçıların çox diqqətini çəkməyib. Sonrakı pillələrdə isə Samsung, Vivo, Realme markaları yer alıb.