iPhone 14 modelləri bu axşam təqdim olunur

Bənövşə Kazımova
07 Sentyabr 2022 13:28
156 baxış
iPhone 14 modelləri bu axşam təqdim olunur

Apple bu axşam təşkil edəcəyi tədbirdə yeni modellərini bütün dünyaya təqdim edəcək.

Tədbirdə  iPhone 14 seriyası - iPhone 14, iPhone 14 Max (və ya plus), iPhone 14 Pro və iPhone 14 Pro Max 4 modelləri,  AirPods Pro 2, Apple Watch Series 8 və digər cihazlar təqdim olunacaq. Analitik Ming-Chi Kuonun fikrincə, bu il iPhone 14 Pro modellərində daha böyük piksellərə malik yeni ultra geniş obyektiv olacaq. iPhone 14 Pro və iPhone 14 Pro Max modellərində görəcəyimiz yeni ultra geniş bucaqlı obyektiv daha böyük sensorla gələcək. Bu şəkildə zəif işıqlandırma şəraitində kamera daha detallı və aydın çəkəcək.

Həmçinin analitik iPhone 14 Pro və Pro Max smartfonlarının 8K video çəkməyə imkan verən 48 meqapiksellik əsas kamera ilə təchiz olunduğunu bildirib. Onu da əlavə edək ki, iPhone 14 modellərinin 16 sentyabrda satışa çıxarılması planlaşdırılır.

 

© copyright 2022 | tech.az | info@tech.az