iPhone 14 modelləri təqdim olundu

Səbinə Eyvazova
07 Sentyabr 2022 22:38
197 baxış
iPhone 14 modelləri təqdim olundu

Apple-ın təşkil etdiyi tədbirdə iPhone 14 modelləri rəsmi olaraq təqdim edildi. 

Bu dəfə Apple iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro və iPhone 14 Pro Max  modelləri ilə müştərilərinin qarşısına çıxıb. Ötən il smartfonlarında çox dəyişiklik etməyən şirkət bu modellərdə bəzi dəyişikliklər edib.

Məsələn, bəzi yeni modellərdəki çəntikləri tamamilə çıxaran Apple Face ID sensorlarını və selfi kamerasını yerləşdirmək üçün iki ekran deşiyindən istifadə edib.

Bununla belə, 6,1 düymlük OLED ekranla gələn yeni iPhone 14 modeli köhnə versiyalarda olan çəntiklə təqdim olunub. Smartfon həmçinin əvvəlki iPhone seriyasında olan A15 Bionic prosessoru ilə təchiz edilmişdir. Apple bu prosessorun əvvəlkindən daha sürətli olduğunu bildirib.

iPhone 14 ilə gələn ən mühüm yeniliklərdən bəziləri kamera ilə bağlıdır. Cihazın arxa kamera quraşdırmasına 12 MP-lik iki kamera daxildir. Telefonun ön kamerası arxa kameralar kimi 12 MP-ə  malikdir. 6 GB RAM və 3,279 mAh batareya telefonun digər üstünlükləri arasındadır.

Apple-ın 'mini' modellərini əvəz edən yeni iPhone 14 Plus, iPhone 14 ilə eyni xüsusiyyətlərə malikdir. Cihazı standart modeldən fərqləndirən yeganə detal Pro seriyasındakı kimi ekran ölçüsüdür. iPhone 14 Plus standart modeldəki 6,1 düymlük ekran əvəzinə 6,7 düymlük ekrana malikdir. Həmçinin, standart modeldən fərqli olaraq, telefon 4,323 mAh batareya ilə təchiz olunub.

Onu da nəzərinizə çatdıraq ki, Apple-ın uzun müddətdir hazırladığı peyk rabitəsi texnologiyası iPhone 14 modellərində istifadə olunub. Peyk əlaqəsi Yerin orbitində olan rabitə peyklərindən istifadə edərək mobil əlaqə olmadan kəsintisiz əlaqə yaratmağa imkan verir. Yeni modellər yalnız fövqəladə hallarda istifadə edilə bilən peyk rabitəsi infrastrukturuna malikdir. Sözügedən peyk funksiyası hələlik yalnız ABŞ və Kanadada mövcud olacaq və 2 il pulsuz olacaq.

iPhone 14 Pro va Pro Max-da çəntiklər çıxarılıb va iki telefon müvafiq olaraq 6,1 və 6,7 düymlük ekranla satışa çıxarılacaq. Bundan əlavə, iPhone 14 və iPhone 14 Pro modelləri seriyadakı digər telefonlarda olmayan "Always On Display” funksiyasına malikdir. Bu xüsusiyyət telefonun ekranı söndürüldükdə belə, saatı və bəzi məlumatları ekranda görməyə imkan verir. Xüsusiyyət sayəsində ekranın böyük bir hissəsindəki piksellər sönür va ekran qara görünür. Bu smartfonlarda ilk dəfə olaraq 48 meqapiksellik kameralar
istifadə olunub. Digər iki kamera da 12MP təsvir ölçülüdür.


Əlavə olaraq bildirək ki, iPhone 14 966 dollar, iPhone 14 Plus 1.067 dollar, iPhone 14 Pro 1.428 dollar, iPhone 14 Pro Max modelinin isə qiyməti 1.572 dollar olaraq müəyyən edilib.

© copyright 2022 | tech.az | info@tech.az