iPhone 14 modellərinin RAM tutumu açıqlanıb

Bənövşə Kazımova
10 Sentyabr 2022 15:13
95 baxış
iPhone 14 modellərinin RAM tutumu açıqlanıb

Ənənəni davam etdirən Apple təqdimat zamanı bu il də telefonların operativ yaddaşı və batareya tutumu kimi məlumatları verməyib. Tərtibatçılara Apple cihazları üçün proqramlar yaratmağa imkan verən Xcode 14 platforması yeni iPhone-ların operativ yaddaş imkanlarını üzə çıxarıb. iPhone 14 seriyasının RAM tutumu Xcode 14 beta-da aşkar edilib. 

Açıqlanan məlumatlara görə, iPhone 14-ün bütün modellərində 6 GB RAM istifadə olunur. iPhone 13 və iPhone 13 mini modellərində 4 GB RAM, iPhone 13 Pro və Pro Max modellərində isə 6 GB RAM mövcuddur.

Təcrübəli Apple analitiki Ming-Çi Kuo bir müddət əvvəl verdiyi açıqlamada LPDDR4X-in iPhone 14 və iPhone 14 Plus-da, LPDDR5 RAM-ın isə iPhone 14 Pro və iPhone 14 Pro Max-da istifadə edildiyini bildirmişdi.

© copyright 2022 | tech.az | info@tech.az