iPhone 14 Pro-nun kamera problemi həll olunur

Bənövşə Kazımova
20 Sentyabr 2022 12:30
65 baxış
iPhone 14 Pro-nun kamera problemi həll olunur

Apple iPhone 14 Pro-nun titrəyiş kamerası xətası ilə bağlı açıqlama verib və problemin aradan qaldırılacağını açıqlayıb.

Telefonlar satışa çıxarılarkən bəzi modellərdə problemlər aşkarlanıb. Belə ki, son günlər bir çox iPhone 14 Pro və Pro Max istifadəçiləri Instagram və Snapchat kimi üçüncü tərəf proqramlarında kameranın titrəməsi barədə məlumat verib.

Məsələ ilə bağlı açıqlama verən Apple rəsmiləri problemdən artıq xəbərdar olduqlarını və yeniləmə üzərində çalışdıqlarını bildiriblər. Verilən açıqlamaya görə, kamera xətasını aradan qaldırmaq üçün yeni yeniləmə yaxın müddətdə yeniləmə yayımlanacaq. Şirkət rəsmiləri onu da əlavə edib ki, bu problem üçüncü tərəf proqramları ilə bağlıdır. Hələlik telefonun öz kamerasında heç bir problem aşkar edilməyib.

© copyright 2022 | tech.az | info@tech.az