iPhone 14 Pro-nun qoburu paylaşılıb

Bənövşə Kazımova
05 Sentyabr 2022 10:41
73 baxış
iPhone 14 Pro-nun qoburu paylaşılıb

Apple sentyabrın 7-də keçiriləcək tədbirində iPhone 14 ailəsini təqdim edəcək. Məşhur analitik Ice niverse iPhone 14 Pro qoburunun fotosunu paylaşıb.

Sentyabr ayında keçiriləcək tədbirdə təqdim edilməsi gözlənilən iPhone 14 ailəsinin həmçinin bəzi texniki xüsusiyyətləri də sızdırılıb. Sızdırılan məlumata görə, Apple iPhone 14 və iPhone 14 Plus/Max modellərində A15 Bionic prosessorundan istifadə edəcək. Flaqman modellərində isə A16 Bionic prosessoru yer alacaq.

Sızdırılan məlumata görə, iPhone 14 ailəsi titan çərçivə ilə təqdim ediləcək. iPhone X seriyasından bəri çəntikli ekran dizaynına üstünlük verən Apple iPhone 14 ailəsi ilə perforasiya edilmiş ekrana keçir. Bu ekran dizaynının istifadəçiləri narahat etməməsi üçün bəzi proqram xüsusiyyətlərinin əlavə ediləcəyi bildirilir.

Bundan əlavə, iPhone 14 Pro modelindəki Apple loqosu iPhone 13 Pro modeli ilə müqayisədə aşağıda yerləşdirilib. "Mute" düyməsi və səsi artırıb azaltmaq üçün istifadə olunan düymələr iPhone 14 Pro modelində bir qədər yuxarıda yerləşdirilib. Bildirilir ki, şirkət yalnız iPhone 14 Pro və Pro Max modellərində arxa kamerada təkmilləşdirmələr edib.. 

Şirkətin iPhone 14 seriyası ilə birlikdə həmçinin Apple Watch 8 ailəsini də təqdim edəcəyi təxmin edilir. Apple yeni ağıllı saatında peyk rabitəsi üçün inkişaf etdirdiyi texnologiyadan istifadə edib.

© copyright 2022 | tech.az | info@tech.az