iPhone 14 seriyası üçün tələbat artıb

Bənövşə Kazımova
16 Avqust 2022 13:28
102 baxış
 iPhone 14 seriyası üçün tələbat artıb

Apple bu ilin sentyabr ayında yeni iPhone 14 modellərini təqdim etməyə hazırlaşır. Şirkət iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro və iPhone 14 Pro Max modelləri müştərilərinə təqdim edəcək.

Məlumat üçün qeyd edək ki, Apple getdikcə tələbatı artan iPhone 14 seriyasından çox yüksək performans gözləyir. Buna görə şirkət öz təchizatçılarından keçən il istehsal etdikləri iPhone 13 qədər iPhone 14 istehsal etmələrini istəyib.

İlkin mərhələdə istehsal rəqəminin 95 milyon olacağı gözlənilir. Digər tərəfdən də Apple 2022-ci ilin sonuna qədər 220 milyon iPhone modeli istehsal etməyi planlaşdırır. Bildirək ki, Apple yeni seriyanın ən populyar telefonunun iPhone 14 Pro Max olacağına ümid edir. Bu məqsədlə şirkətin iPhone 14 seriyasının modelləri arasından ən çox bu modeli istehsal edəcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az