iPhone 14 seriyasının təqdimat tarixi açıqlanıb

Bənövşə Kazımova
18 Avqust 2022 12:10
294 baxış
iPhone 14 seriyasının təqdimat tarixi açıqlanıb

Mark Qurman  iPhone 14 seriyasının nə vaxt təqdim ediləcəyi barədə açıqlama verib. Qurman açıqlamasında bildirib ki, Apple-ın yaxın günlərdə keçirilməsi gözlənilən tədbirinə sayılı günlər qalıb və bu tədbir 7 sentyabr çərşənbə günü baş tutacaq.

Tədbirdə iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro və iPhone 14 Pro Max, digər cihazlardan yeni Mac modelləri, münasib qiymətli iPad ilə iPad Pro, AirPods Pro 2 və Pro, həmçinin yeni Apple Watch modellərinin təqdim ediləcəyi gözlənilir.

Onu da qeyd etmək lazımdır ki, şirkət bu il iPhone 14 seriyasına aid 4 yeni model təqdim edəcək. Ancaq əvvəlki illərdən fərqli olaraq mini versiya əvəzinə böyük ölçülü versiya - iPhone 14 Max olacaq. Bu smartfonun ölçü baxımından Pro Max ilə eyni olsa da, prosessor, kamera və ekran baxımından 14-ə bənzəyəcəyi ehtimal olunur.

© copyright 2022 | tech.az | info@tech.az