iPhone 14-ün qəza aşkarlama xüsusiyyəti sınaqdan keçirilib

Səbinə Eyvazova
22 Sentyabr 2022 10:42
84 baxış
iPhone 14-ün qəza aşkarlama xüsusiyyəti sınaqdan keçirilib

Sentyabrın 7-si təqdim olunan iPhone 14 seriyası yeni xüsusiyyətləri ilə istifadəçilərinin diqqətini çəkib.  Bir sıra yeni xüsusiyyətləri olmaqla bərabər bu seriya ilə qəza aşkarlama və təcili zəng xüsusiyyəti də istifadəçilərə təqdim olunub. 

Bu funksiya YouTuber tərəfindən sınaqdan keçirilib. Gəlin sınağın təfərrüatlarına keçid edək.

Qəza aşkarlama funksiyasını yoxlamaq məqsədilə 2 dəfə avtomobil toqquşması ilə sınaq keçirən YouTuber iPhone-un qəza zamanı nə etdiyini video olaraq paylaşıb. 


Toqquşmadan bir neçə saniyə sonra qəza aşkarlayan iPhone bir neçə saniyə istifadəçinin təcili yardım istəyib-istəmədiyi ilə bağlı cavab gözləyib. Cavab almayan cihaz 10 saniyəlik taymer işə salıb və vaxt bitdikdən sonra avtomatik olaraq təcili zəng funksiyası işə düşüb. Həmin videonu buradan izləyə bilərsiniz. 

Qəza aşkarlama funksiyası təkcə iPhone 14-də deyil, Apple Watch Series 8, Apple  Watch SE(2-ci nəsil) və Apple Watch Ultra modellərində də var.

 

© copyright 2022 | tech.az | info@tech.az