iPhone 14 və iPhone 14 Plus modellərinə olan tələbat gözləntiləri doğrultmayıb

Bənövşə Kazımova
13 Sentyabr 2022 11:35
96 baxış
iPhone 14 və iPhone 14 Plus modellərinə olan tələbat gözləntiləri doğrultmayıb

Məşhur analitik Minq-Çi Kuo Apple-ın bu il ilk dəfə satışa çıxardığı iPhone 14 Plus modelinə tələbatın çox aşağı olduğunu bildirib.

Yüksək sifarişlər səbəbindən iPhone 14 Pro və iPhone 14 Pro Max-ın çatdırılma müddəti 1,5 aya qədər uzadıldığı halda, iPhone 14 və iPhone 14 Plus modelləri hələ də stokdadır.  Analitikin fikrincə, iPhone 14 və iPhone 14 Plus üçün ilkin sifariş sayı 3-cü nəsil iPhone SE və iPhone 13 mini modellərinin sifariş sayından qat-qat azdır. Bunun belə davam edəcəyi təqdirdə, şirkətin iPhone 14 və iPhone 14 Plus istehsalını azaltması gözlənilir.

Məlumat üçün vurğulayaq ki, Apple-ın keçən il təqdim etdiyi iPhone 13 mini modelinə tələbat az olduğu üçün yenilənməyib. 

© copyright 2022 | tech.az | info@tech.az