iPhone 15 Pro Max gələn il iPhone 15 Ultra ilə əvəz ediləcək

Bənövşə Kazımova
26 Sentyabr 2022 16:45
67 baxış
iPhone 15 Pro Max gələn il iPhone 15 Ultra ilə əvəz ediləcək

Apple haqqında dəqiq proqnozları ilə tanınan Bloomberg əməkdaşı Mark Qurman bildirib ki, Apple Pro Max modelinin adını dəyişəcək.

Qurmanın iddialarına görə, şirkət Pro Max modelinin adını Ultra olaraq dəyişəcək. Bir sözlə, gələn il iPhone 15 Pro Max deyil, iPhone 15 Ultra modeli təqdim ediləcək. Həmçinin bu smartfon yeni dizayna malik olacaq və digər modellərdən daha funksional olacaq.

Bu dəyişikliklə həm iPhone, həm də Apple Watch ailələrinin ən güclü və bahalı üzvləri “Ultra” adlandırılacaq. Çünki bu il sentyabr ayında təqdim olunan ağıllı saat modelləri içərisində ən bahalı model Apple Watch Ultra saatıdır. Nəzərinizə çatdıraq ki, Apple eyni zamanda özünün yüksək səviyyəli prosessorunu da M1 Ultra adlandırır. 

© copyright 2022 | tech.az | info@tech.az