iPhone SE 4 smartfonunun dizaynı məlum olub

Bənövşə Kazımova
11 Oktyabr 2022 15:41
145 baxış
iPhone SE 4 smartfonunun dizaynı məlum olub

Apple 2016-cı ildən bəri sərfəli iPhone SE modellərini təqdim edir. Şirkət iPhone SE seriyasının ikinci modelini 2020-ci ildə, üçüncü modelini isə 2022-ci ildə təqdim edib. iPhone SE 4 modelini isə 2024-cü ildə təqdim etməyə hazırlaşır.  Məlumata görə, yeni modelin dizaynında çoxlu dəyişikliklər olacaq.

Apple-ın təqdim edəcəyi iPhone SE 4 modelində XR dizaynından istifadə edəcəyi məlum olub. Bununla belə, Touch ID yerində qalacaq. Barmaq izi oxuyucusunun cihazın yan tərəfində olacağı gözlənilir. Həmçinin iPhone SE 4 6,1 düymlük LCD ekrandan istifadə edəcək. Bundan əlavə,yeni iPhone SE modeli üz tanıma funksiyasını dəstəkləməyəcək və Face ID sisteminə malik olmayacaq.

Apple ilə bağlı tez-tez xəbərlər paylaşan Ross Young iPhone SE 4-ün də Dynamic Island xüsusiyyətinə sahib olacağını bildirib. Ancaq bu xüsusiyyətin ən son flaqman seriyası olan iPhone 14 modellərində istifadə edildiyi üçün hələ orta səviyyəli modeldə istifadə olunması gözlənilmir. Hələlik yeni məhsul haqqında əlavə məlumat yoxdur. Cihazın təqdim ediləcəyi dəqiq tarixin yaxın gələcəkdə açıqlanacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az