İstifadəçi məlumatlarını oğurlayan 4 proqram aşkarlanıb

Bənövşə Kazımova
26 Noyabr 2022 12:57
229 baxış
İstifadəçi məlumatlarını oğurlayan 4 proqram aşkarlanıb

Son illərdə smartfon istifadəsinin artması ilə zərərli proqramların sayı da artmağa davam edir. Belə ki, bəzi insanlar istifadəçilərin vacib məlumatlarını ələ keçirmək üçün bu zərərli proqramdan istifadə edirlər. Şəxsi məlumatların oğurlanmasından fırıldaqçılığa qədər bir çox riskləri olan bu vəziyyəti həll etmək üçün çoxsaylı araşdırmalar aparılsa da, yeni zərərli proqramlar ortaya çıxır.

Google Android istifadəçilərinin məlumatlarını oğurlayan dörd təhlükəli proqram aşkarlayıb. Google Play mağazasında qeyd olunan bu gizli proqramlar mağazadan silinib.

Bununla belə, proqramlar minlərlə dəfə quraşdırıldığı üçün istifadəçilərə bu proqramları tez bir zamanda silmələri barədə xəbərdarlıq edilib.

Bildirilib ki, bu proqramlar istifadəçiləri fişinq üçün öz tələlərinə cəlb etməklə şəxsi məlumatları ələ keçirməyi hədəfləyir. Sözügedən proqramlar "Mobile apps Group." olan adlı proqramçı tərəfindən yayımlanıb. Proqramlar arasında ən çox yüklənən “Bluetooth Auto Connect” olub. 2020-ci ilin oktyabrında istifadəyə verilən proqram 1 milyondan çox istifadəçi tərəfindən endirilib. 

Proqramları sizə təqdim edirik: "Bluetooth App Sender", "Mobile transfer: smart switch", "Driver: Bluetooth, Wi-Fi, USB", "Bluetooth Auto Connect"

© copyright 2022 | tech.az | info@tech.az