İstifadəçilər "YouTube Shorts" vasitəsilə pul qazanacaqlar 

Bənövşə Kazımova
17 Sentyabr 2022 10:17
112 baxış
İstifadəçilər "YouTube Shorts" vasitəsilə pul qazanacaqlar 

YouTube qısa video xüsusiyyəti Shorts ilə bağlı yeni qərar verib və  yaradıcılara qısa video formatı ilə daha çox pul qazanmağa imkan verəcək yeni planını açıqlayıb.

Açıqlamalara görə, 'YouTube Shorts' yeni ildən etibarən YouTube Partnyor Proqramına qoşulacaq. Bu qərar o deməkdir ki, qısa videolar hazırlayan istifadəçilər artıq reklam gəliri əldə edə bilərlər. Platforma proqrama uyğun olmayan yaradıcıların abunə, məsləhət və məhsul satışı ilə pul qazanmasını asanlaşdıracağını da bildirib. Onu da əlavə edək ki, “YouTube” Shorts-dan əldə olunan gəlirlərə fərqli yanaşacaq. Platforma bu xüsusiyyətdən əldə edilən gəlirin 55%-ni özündə saxlayacaq, 45%-ni isə məzmun yaradıcılarıma verəcək. Bu, adətən YouTuber-lərə tətbiq edilən siyasətin əksidir. 

 YouTube-dan verilən məlumata görə, Shorts gündə ortalama 30 milyard baxış alır və ayda 1,5 milyard insana çatır.

© copyright 2022 | tech.az | info@tech.az