“Isuzu” Rusiya bazarından çıxmağa hazırlaşır

Bənövşə Kazımova
28 Sentyabr 2022 12:00
88 baxış
“Isuzu” Rusiya bazarından çıxmağa hazırlaşır

Yapon şirkəti olan “Isuzu” Rusiyada avtomobil istehsalını dayandırmağı planlaşdırır. Bu barədə sentyabrın 27-də “İnterfaks” agentliyi Yaponiya mətbuatına istinadən məlumat yayıb.

Məlumata görə, şirkət Ulyanovsk şəhərində avtomobil zavodunda istehsalla bağlı komponentlərin tədarük problemləri ilə üzləşir. Ehtimal olunur ki, şirkət bu problemə görə belə bir addım atacaq. Şirkət 2006-cı ildən Rusiyada rəsmi olaraq təmsil olunur. Isuzu-nun kommersiya avtomobillərinin sırasına “Isuzu D-Max” kommersiya pikapları, eləcə də ümumi çəkisi 3.5 ilə 33 ton arasında olan şassilər daxildir.

Əlavə olaraq bildirək ki, “Toyota” və “Mazda” şirkətləri də Rusiyada fəaliyyəti dayandırmağa qərar veriblər.

© copyright 2022 | tech.az | info@tech.az