Keçmiş Apple işçisi şirkətə 17 milyon dollar zərər vurub

Bənövşə Kazımova
08 Noyabr 2022 10:12
189 baxış
Keçmiş Apple işçisi şirkətə 17 milyon dollar zərər vurub

Apple” şirkəti keçmiş işçisini şirkəti 17 milyon dollar dəyərində zərər vurduğu iddiası ilə məhkəməyə verib. Belə ki, keçmiş Apple işçisi Apple-ı oğurluq, geri ödəmələr və çirkli pulların yuyulması yolu ilə milyonlarla dollar aldatmaqda ittiham olunur. Dhirendra Prasad adlı işçi iddialara görə, telefon, poçt fırıldaqçılığı, və fırıldaqçılıqdan əldə edilən gəlirlərin yuyulması kimi cinayətlərə qarışıb.

Prasad həmçinin vergidən yayınma və ABŞ hökumətini aldatmaqda ittiham olunur. Kaliforniya Şəhər Prokurorluğunun yaydığı bəyanatda işçinin törətdiyi əməli etiraf etdiyi bildirilib. İşçi bütün bu əməlləri 2008-ci ilin dekabrından 2018-ci ilin dekabrına qədər Apple-da Qlobal Xidmət Təchizat Zənciri departamentində çalışdığı müddtdə edib. 

İstintaq zamanı məlum olub ki, Prasad Apple-ı aldatmaq üçün əsasən şirkət tərəfindən alınan hissələrin yenidən satışını nəzərdə tutan sxemdən istifadə edib.Təqsirləndirilən şəxsi 20 ilə qədər həbs cəzası gözləyə bilər. Məhkəmənin yekun qərarı isə gələn ilin yazında açıqlanacaq.

© copyright 2022 | tech.az | info@tech.az