Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verib

Bənövşə Kazımova
16 Sentyabr 2022 10:27
167 baxış
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 58-ə çatıb.

Şəhadətnamələr "E-sayar" QSC-nin onlayn mühasibat uçotu proqramı, "Clopos" MMC-nin restoran və kafelər üçün POS terminal proqram təminatı, "Softpress" MMC-nin nağdsız bəxşiş ödəmə sistemi, , "E-sayar" QSC-nin onlayn mühasibat uçotu proqramı, "Travel Qrup" MMC-nin onlayn səyahət, işgüzar səfər və təhsil vizası xidmətləri göstərən elektron platforması, "YER xSP" MMC-nin bulud xidmətlərinin təşkili, "Satelyzer" MMC-nin kənd təsərrüfatı üçün peyk data xidmətləri, İlqar Məmmədovun Azərbaycan dilində plagiarizmi təyin edə bilən onlayn platforması, Nəriman Qaraxaninin praktik tapşırıq əsaslı onlayn təhsil və təcrübə platforması, "Edtesk" MMC-nin kənd təsərrüfatı sahəsində elektron inteqral sxem və interfeys istehsalı layihələri üçün təqdim edilib.

KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən  fəaliyyətlərindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.

“Startap” şəhadətnaməsi almaq üçün kayihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Həmin subyektlər müraciət etmək üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla buradan tanış ola bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az