Köhnə Facebook xüsusiyyəti Twitter-ə gəlir

Səbinə Eyvazova
23 Aprel 2022 13:30
48 baxış
Köhnə Facebook xüsusiyyəti Twitter-ə gəlir

Twitter status yeniləməsi üzərində işə başlayıb. Tvit tənzimləmə xüsusiyyəti ilə son vaxtlar gündəmdən düşməyən Twitter fərqli bir yeniləmə üzərində işləməyə başlayıb. Facebook-un məşhur status xüsusiyyəti Twitter-ə gələ bilər. Bununla belə, Twitter istifadəçiləri artıq bu funksiyanı müzakirə etməyə başlayıblar. Məşhur sosial media platforması əslində illərdir internet dünyasında mövcud olan status yeniləmə yeniliyini sınaqdan keçirməyə başlayıb. Kod adı "Vibe" olan bu funksiya istifadəçilərə Twitter-də hisslərini paylaşmağa imkan verəcək. Wong tərəfindən paylaşılan ekran görüntüsünə görə, tvit yaratma bölməsinin üstündə "Status təyin et" qutusu olacaq. “Statusu təyin et” qutusunun açılan siyahısında ən azı indiyə qədər beş əvvəlcədən təyin edilmiş ifadə var. Vonqun paylaşdığı ekran görüntüsündə ancaq yemək, musiqi dinləmək və alış-veriş kimi əvvəlcədən təyin edilmiş ifadələr göstərilib. İstifadəçilərin status yeniləməsi yazmaq imkanının olub-olmaması və ya üçüncü tərəf proqramlarının qoşula bilib-bilməməsi isə qeyri-müəyyən olaraq qalır.

© copyright 2022 | tech.az | info@tech.az