Koreyalı Oyun Pioneri Kim Jung-Junun qızı dünyanın ən gənc milyarderi oldu

Cəmil Hüseynzadə
23 Sentyabr 2022 12:22
123 baxış
Koreyalı Oyun Pioneri Kim Jung-Junun qızı dünyanın ən gənc milyarderi oldu

Fevral ayında 54 yaşında vəfat edən Nexon-un Cənubi Koreyalı qurucusu, mərhum Kim Jung-ju-nun yeniyetmə qızı Kim Jung-youn onlayn oyun nəhəngində payı miras aldıqdan sonra dünyanın ən gənc milyarderi oldu.

Jung-youn və onun böyük bacısı Jung-min, bu ayın əvvəlində tənzimləyici sənədlərə əsasən, atalarının şəxsi holdinq şirkəti olan NXC-də 30,78% paya sahib oldular. Cənubi Koreyada yerləşən NXC təxminən 48% payla Yaponiyada siyahıya alınmış Nexon-un ən böyük səhmdarıdır.

Bacıların hər birinin NXC-dəki mövcud səhmləri ilə birlikdə şirkətdəki payları 2,5 milyard dollar dəyərindədir. Forbes-in hər biri 1,5 milyard dollardan çox hesabladığı miras vergisi hesabını çıxdıqdan sonra (Cənubi Koreya dünyada ən yüksək miras vergilərindən birinə malikdir), Jung-youn və Jung-min-in xalis sərvətləri hər biri 1 milyard dollar olaraq qiymətləndirilir.

Jung-ju-nun həyat yoldaşı, artıq milyarder olan Yoo Jung-hyun, ərindən NXC-nin 4,57% payını miras olaraq alıb. 53 yaşlı Yoo 1994-cü ildə Jung-ju-ya Nexon-u qurmağa kömək etib və 34% payla NXC-nin ən böyük səhmdarı olaraq qalır. O, bu il Koreyanın 50 ən zəngin siyahısında 3 milyard dollarlıq sərvətlə debüt edib.

Jung-ju ailəsi haqqında çox şey məlum deyil. Jung-min və Jung-youn-un müvafiq olaraq 2002 və 2004-cü illərdə doğulduğu bilinir. Jung-youn 18 yaşında dünyanın ən gənc milyarderidir. Bu vaxta qədər bu ünvana 20 yaşılı almaniyalı Kevin David Lehmann sahib idi. 

Ölümündən əvvəl Jung-ju keçən il əczaçılıq maqnatı Seo Jung-jin və Samsung-un Jay Y. Lee-dən sonra 10,9 milyard dollar xalis sərvəti ilə Cənubi Koreyanın üçüncü ən zəngin adamı idi.

© copyright 2022 | tech.az | info@tech.az