Kosmosda ən uzun müddət qalan kosmonavt Valeri Polyakov vəfat edib

Bənövşə Kazımova
20 Sentyabr 2022 16:12
97 baxış
Kosmosda ən uzun müddət qalan kosmonavt Valeri Polyakov vəfat edib

Kosmosda ən uzun müddət qalma rekorduna sahib olan kosmonavt Valeri Polyakov 80 yaşında vəfat edib.

Polyakov 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər Rusiyanın Mir Kosmik Stansiyasında davamlı olaraq 437 gün kosmosda qalıb. Rusiyanın Kosmik Agentliyi Roskosmos bu münasibətlə Polyakova "Sovet İttifaqı Qəhrəmanı" adı verib.

1942-ci il aprelin 27-də Tulada anadan olan Polyakov Moskvada Seçenov adına Tibb İnstitutunu bitirib. O, 1971-ci ildə Biotibbi Problemlər İnstitutunda işə başlayıb və bir ildən sonra kosmonavtlığa namizəd olub. 1978-1979-cu illərdə Qaqarin adına Kosmonavt Tədris Mərkəzində kosmos təhsili alan Polyakov ümumilikdə kosmosda 678 gün 16 saat 33 dəqiqə olub.

© copyright 2022 | tech.az | info@tech.az