Kosmosda ilk Tiktok videosu paylaşılıb

Bənövşə Kazımova
10 May 2022 13:30
155 baxış
Kosmosda ilk Tiktok videosu paylaşılıb

Son illərin ən məşhur sosial media platformalarından biri olan TikTok-un istifadəçi sayı günü-gündən artır. TikTok indi dünyadan kənarda da istifadə olunur. Kosmosda ilk TikTok paylaşımı Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Samantha Cristoforetti tərəfindən edilib. Missiya üçün aprelin 27-də Beynəlxalq Kosmik Stansiyaya gedən Samantha Cristoforetti 88 saniyəlik paylaşımla həm sosial media, həm də kosmos tarixinə adını yazdırıb. Daha əvvəl də ISS-dən çoxlu video və paylaşımlar etdiyi də qeyd olunub. Bununla belə, kosmosdan olan bu paylaşım TikTok üçün bir ilk olub.

© copyright 2022 | tech.az | info@tech.az