LG iPhone 14 Pro modeli üçün ekran istehsal edəcək

Bənövşə Kazımova
11 Noyabr 2022 12:42
90 baxış
LG iPhone 14 Pro modeli üçün ekran istehsal edəcək

Apple iPhone modelləri üçün komponentlərin istehsalında müxtəlif şirkətlərlə işləyir. ABŞ-da yerləşən şirkət indiyədək iPhone 14 modellərinin ekranları üçün Samsung və BOE kimi şirkətlərə üstünlük verib.

Əldə edilən məlumata görə, Cənubi Koreyanın LG Display şirkəti də artıq iPhone 14 seriyasının ekran istehsalı üçün işə başlayıb. Məlumatlarda vurğulanıb ki, iPhone 14 Pro modellərinin OLED ekranlarının istehsalı üçün Apple və LG Display arasında aparılan danışıqlar yekunlaşıb. LG artıq oktyabrın sonundan etibarən Apple-ın 14 Pro və 14 Pro Max modelləri üçün ekranlar istehsal etməyə başlayıb.

Digər tərəfdən, Samsung Display  əvvəl olduğu kimi, yenə də bütün iPhone 14 seriyasının ekran istehsalını davam etdirəcək. LG Display isə yalnız iPhone 14 Pro və Pro Max modelləri üçün ekran istehsal edəcək. Əlavə edək ki, LG-nin Apple-ın AR eynəkləri və qatlana bilən iPhone modelləri üçün də ekran istehsal edə biləcəyi iddia edilir.

© copyright 2022 | tech.az | info@tech.az