Lifestep: Gündəlik addımları ianələrə çevirən yerli startap

Bənövşə Kazımova
14 İyul 2022 13:30
186 baxış
Lifestep: Gündəlik addımları ianələrə çevirən yerli startap

Lifestep istifadəçilərə onların gündəlik addımlarını ianələrə çevirməyə imkan verən mobil tətbiqdir.

İstifadəçilər bu tətbiqi mobil telefona yükləyərək yığılan addımlarını ehtiyacı olan şəxslərə ianə edə bilərlər. Bu zaman istifadəçi tərəfindən heç bir vəsait ödənilmir. Lazımi addım sayı yığıldıqda, qeyd olunan əməliyyatın ödənişini Lifestep tərəfdaşları qarşılayır.

Mobil tətbiqdə həmçinin həftəlik, aylıq, illik reytinqlərdə yarışaraq yer tutmaq və hədiyyələr qazanmaq da mümkündür. 

Hazırda mobil tətbiqdə balaca Amin üçün addımlar toplanılır və artıq məbləğin 60% istifadəçilərin addımları ilə yığılıb. Mobil tətbiqi App Store və Play Market-dən yükləyə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az