Logitech və Tencent birlikdə portativ oyun cihazı hazırlayacaq

Səbinə Eyvazova
03 Avqust 2022 13:30
66 baxış
Logitech və Tencent birlikdə portativ oyun cihazı hazırlayacaq

Logitech bulud əsaslı portativ oyun cihazı hazırlamaq üçün Logitech G markası altında Çində yerləşən Tencent oyun şirkəti ilə əməkdaşlığa başlayıb.

Logitech-in bəyanatına görə, bulud əsaslı oyun cihazı hazırda populyar olan bütün bulud oyun xidmətlərini dəstəkləyəcək. Logitech hər iki şirkətin həm Xbox Cloud Gaming, həm də Nvidia GeForce Now-nu cihaza gətirmək üçün danışıqlar apardığını da bildirib. 

Bu cihaz vasitəsilə oyunçular AAA oyunlarını konsollarından və ya kompüterlərindən uzaqda oynaya biləcəklər. Cihazın necə işləyəcəyi, o cümlədən cihazın hansı əməliyyat sistemində işlədiyi barədə təfərrüatlar isə hələ ki paylaşılmayıb. Bunun Android-in dəyişdirilmiş versiyası ola biləcəyi güman edilir.

Bildirək ki, bulud oyunları oyunçulara video oyunları yayımlamaq üçün məlumat mərkəzi serverlərindən istifadə edir. PC və ya konsol oyunlarını yükləməyə və ya quraşdırmağa isə ehtiyac olmur. Mövzu ilə bağlı açıqlama vetən Logitech G-nin icraçı direktoru Ujeş Desai oyunsevərlərin marağını cəlb edəcək bir cihaz təqdim edəcəklərini qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az