Magnet Istanbul Startup Acceleration Program-ına qeydiyyat başladı

Səbinə Eyvazova
23 Sentyabr 2022 12:04
332 baxış
Magnet Istanbul Startup Acceleration Program-ına qeydiyyat başladı

Proqram haqqında

Magnet İstanbul Layihəsi çərçivəsində proqramda iştirak edəcək sahibkarlar 3 ay davam edəcək sahibkarlıq proqramına daxil ediləcəklər. Bu proqrama təkbətək mentorluq, konsaltinq və təhsil xidmətləri daxildir. Bununla da sahibkarlar öz biznes ideyalarını beynəlxalq mentorluq və konsaltinq xidmətləri ilə gücləndirə biləcəklər. Bu proses sahibkarların öz biznes ideyalarını kommersiya dəyərinə çevirmək imkanlarını artırır.

Mentorluq görüşləri onlayn platformada keçiriləcəkdir. Bundan əlavə, proqrama qəbul olunmuş sahibkarlar ABŞ ekosistemindəki mentorlar vasitəsilə qlobal miqyasda rəqabət qabiliyyətlərini inkişaf etdirmək imkanı əldə edəcəklər. Layihə çərçivəsində 3-cü “The Big Day” investor-sahibkar görüşü keçiriləcək. Məqsəd sahibkarların maliyyəyə çıxışını təmin etmək və onların sürətli böyüməsini dəstəkləməkdir. “The Big Day”də qalib olacaq üç startap uyğun olaraq 60 000 ₺, 40 000 ₺ və 30 000 ₺ məbləğində mükafat qazanacaqlar. Sahibkarların İstanbula ekosistemi ilə tanış olması üçün Türkiyəyə bir həftəlik səyahətləri tam təmin ediləcəkdir.

Proqram fəaliyyətləri

Təkbətək Mentorluqlar

İştirakçılar öz biznes təşəbbüsləri üçün lazım olan mövzularda ekspert mentorlardan məlumat və təcrübə dəstəyi alacaqlar. Proqramda iştirak edəcək 20 komanda üçün ayrıca mentorlar təyin olunacaqdır. Komandalar mentorlarının rəhbərliyi altında biznes təşəbbüslərini inkişaf etdirə və Demo Day üçün hazırlayacaqları təqdimat üçün dəstək ala biləcəklər. Onlar həmçinin ABŞ ekosistemindəki mentorlardan faydalana və qlobal miqyasda rəqabət qabiliyyətlərini inkişaf etdirmək imkanı əldə edəcəklər. Komandalar uğurlu sahibkar olmaq üçün lazımi bilik və bacarıqları əldə etməklə yanaşı, sənaye və iş dünyasına fərqli baxışlardan faydalana biləcəklər. Mentorluq onlayn həyata keçiriləcək.

Seminarlar

Komandalar ehtiyac duyduqları texniki və sektorlar üzrə mütəxəssislərdən çoxsaylı fənlər üzrə onlayn təlim ala biləcəklər.

"The Big Day"də iştirak

Ön Münsiflər Heyəti mərhələsində seçilmiş 10 komanda sahibkarlıq və iş dünyasının aparıcı sahibkarlarına, proqramın tərəfdarlarına və investorlara öz sahibkarlıq ideyalarını təqdim edəcəklər. İlk 3 uğur qazanan komandaya ümumilikdə 130.000 ₺ kapital dəstəyi veriləcək.

Orientasiya

Komanda liderləri İstanbulda iş dünyası nümayəndələri və mentorlarla görüşmək imkanı əldə edəcəklər. Bundan əlavə, onlar bir həftə müddətində ArGe-innovasiya mərkəzlərini, inkubasiya mərkəzlərini ziyarət etmək və İstanbulun tarixi yerlərini gəzmək imkanı əldə edəcəklər.

Kimlər iştirak edə bilər?

Maqnit İstanbul layihəsi proqramına onlayn müraciət etdikdən sonra ilkin seçim yolu ilə 10 komanda seçiləcək. Proqrama texnologiya əsaslı innovativ biznes ideyası olan, öz komandasını qurmuş və ya ideyasının prototipini hazırlamış və müəyyən səviyyəyə çatdırmış, yaşı 18-dən yuxarı olan komandalar müraciət edə bilər.

Proqramda iştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz

 

© copyright 2022 | tech.az | info@tech.az