Mark Zukerberq Metanın yeni reallıq eynəklərinin təfərrüatlarını paylaşıb

Səbinə Eyvazova
13 May 2022 13:30
255 baxış
Mark Zukerberq Metanın yeni reallıq eynəklərinin təfərrüatlarını paylaşıb

Quest 2 modeli ilə bu sahənin ən önəmli oyunçularından birinə çevrilən Meta-nın yeni eynəkləri haqqında ilk məlumatı Mark Zukerberq paylaşıb. Texnoloji sektorun gələcəyi olaraq görülən virtual və əlavə reallıq texnologiyaları inkişaf etməyə davam edir.

Təxminən 1 dəqiqəlik videonu şəxsi Facebook hesabında yerləşdirən Zukerberq videoda özünün yeni hazırladığı yüksək səviyyəli reallıq eynəklərindən istifadə edir. Videodakı yeni reallıq eynəklərinin kod adı Project Cambria olaraq qeyd olunub. 

Meta Quest 2 modelindən fərqli olaraq, Project Cambria xarici dünyaya baxmaq üçün rəngli kameralara da malikdir. Mark Zukerberq videoda “The World Beyond” adlı təcrübədən istifadə edir. The World Beyond təcrübəsində biz də Project Cambria-nın əllərin aşkarlanmasında çox müvəffəqiyyətli bir iş gördüyünü görürük. Xatırladaq ki, Quest 2 modelində də əllərin aşkarlanması və əl idarəsi kimi xüsusiyyətlər var, lakin çox yaxşı işləmir və bu xüsusiyyətlər çox az proqramlar tərəfindən istifadə edilə bilir. Bu il təqdim edilməsi gözlənilən Project Cambria-nın texniki xüsusiyyətləri və nə edə biləcəyi barədə əlavə məlumat isə hələlik yoxdur.

© copyright 2022 | tech.az | info@tech.az