Martı Nyu-York Birjasına daxil olur

Cəmil Hüseynzadə
03 Avqust 2022 13:30
83 baxış
Martı Nyu-York Birjasına daxil olur

Türk skuter icarəsi platforması Martı Nyu-York Birjasına açılır. Martının Nyu York Birjasına açılma planının təfərrüatları açıqlanıb.

Elektrikli skuterlərin Türkiyədə yayılmasında böyük rol oynayan Martı yaxın günlərdə Nyu-York Birjasına açılacaq. 2019-cu ildə fəaliyyətə başlayan Martı qısa müddətdə böyük yüksəliş əldə edərək, Türkiyəni Nyu York Birjasında təmsil etməyə qədər qalxıb.

Martı tərəfindən edilən açıqlamaya görə, Galata Acquisition Corp.  Martı Technologies Inc adlı şirkətlə birləşdi. Bu şirkətlə Nyu York Birjasına daxil olacaq.  Əməliyyatların bu ilin dördüncü rübündə bağlanması gözlənilir.  Əməliyyatlar başa çatdıqdan sonra Nyu-York Fond Birjasında MRT simvolu ilə satışlar başlayacaq.

İki şirkətin birləşməsi ilə ortaya çıxacaq şirkətin əməliyyat dəyərinin təxminən 532 milyon dollar olduğu təxmin edilir.  Martının hazırkı tərəfdaşları Martı Technologies-in təxminən 50 faizinə sahib olmağa davam edəcəklər.

Martı 2018-ci ildə Oğuz Alper Öktem və Sena Öktem tərəfindən təsis edilib və 2019-cu ilin martında fəaliyyətə başlayıb.  Martı elektrik skuterləri ilə yanaşı, elektrik velosipedləri və elektrik mopedləri ilə də xidmətlər təklif edir.

© copyright 2022 | tech.az | info@tech.az