Mənzil İnşaatı Dövlət Agentliyinin onlayn sistemi çöküb

Bənövşə Kazımova
15 Sentyabr 2022 11:54
104 baxış
Mənzil İnşaatı Dövlət Agentliyinin onlayn sistemi çöküb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli Mənzil” onlayn sistemində problem yaranıb və sistem çöküb. Nəticədə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçimi baş tutmayıb.

Bu barədə Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov açıqlama verib. Açıqlamada qeyd olunub ki, sistemin çökməsinə səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub. Buna görə də mənzillərin satışı müvəqqəti təxirə salınıb. 

Mehdi Cavadov həmçinin ASAN Login sistemində yüklənmə olduğundan problemin yarandığını və araşdırma aparıldığını da əlavə edib.

 

© copyright 2022 | tech.az | info@tech.az