Mercedes Almaniyada külək turbinləri tikəcək

Bənövşə Kazımova
20 Sentyabr 2022 09:52
96 baxış
Mercedes Almaniyada  külək turbinləri tikəcək

Avtomobil istehsalçıları 2030-cu ilə qədər daxili yanma mühərrikli avtomobillərdən imtina etməyi və tam elektriklə işləyən modellərə keçməyi planlaşdırırlar.

Mercedes-Benz də bu şirkətlərdən biridir. Önümüzdəki illərdə hər seqmentdə elektrikli avtomobil istehsal etmək istəyən şirkət 2025-ci ilə qədər bütün yeni avtomobil arxitekturasını elektrikli modellərə yönəltməyi, 2030-cu ilə qədər isə tam elektrikli avtomobillərə keçməyi hədəfləyir. Bu mövzuda bir çox addımlar atan şirkət indi yeni planlarını açıqlayıb.

Mercedes-Benz şirkəti Almaniyanın şimalındakı Papenburqda bir neçə külək turbinini quraşdıracağını açıqlayıb. Şirkət qeyd edib ki, yeni turbinlərlə 2025-ci ilə qədər 100 MVt enerji hasilatına nail olmağı hədəfləyir. Bu da Almaniyada elektrik istifadəsinin 15%-dən çoxuna bərabərdir. Bölgədə dəqiq neçə turbinin tikiləcəyi açıqlamalarda qeyd olunmayıb. Bununla belə, deyə bilərik ki, 100 MVt-dan çox gücə nail olmaq üçün şirkətə 36-dan çox turbin lazımdır, çünki bir külək turbini orta hesabla 2,75 MVt enerji istehsal edir.

© copyright 2022 | tech.az | info@tech.az