Meta şirkətinin daha 10 min nəfəri işdən çıxarması gözlənilir. Bu barədə məlumat verən şirkət rəhbəri Mark Zukerberg təxminən 10 min nəfərin işdən çıxarılacağını və 5 minə yaxın vakansiyanın ləğv ediləcəyini bildirib.
İxtisarlarda məqsəd xərcləri azaltmaq və məhsuldarlığı artırmaqdır. Şirkətin restrukturizasiya və texnologiya bölməsində ixtisar aprelin sonunda baş verəcək.
Nəzərinizə çatdıraq ki, dünyanın ən böyük sosial şəbəkə şirkəti noyabrda 11 min nəfəri işdən çıxarıb. Bu da onun ümumi işçilərinin 13 faizinə bərabərdir.