Meta "Facebook Gaming" xidmətini sonlandırır

Bənövşə Kazımova
31 Avqust 2022 12:04
84 baxış
Meta "Facebook Gaming" xidmətini sonlandırır

Meta oktyabr ayında "Facebook Gaming" xidmətini sonlandıracağını və xidmətin bir çox funksiyalarının Facebook tətbiqinə köçürüləcəyini bildirib.

Facebook Gaming komandası da verdiyi açıqlamada xidmətin 28 oktyabr 2022-ci il tarixindən etibarən iOS və Android üçün artıq mövcud olmayacağını qeyd edib. Onu da vurğulayaq ki, Meta Facebook Gaming-ə böyük məbləğdə pul yatırıb, hətta uzun illər, xüsusilə, Twitch və YouTube-da məzmun yaradıcılarıyla müqavilələr imzalayıb. Lakin şirkət metaverse kainatına fokuslandığı üçün bu layihəni bitirmək qərarına gəlib.

Facebook oyun xidməti olan Facebook Gaming oyunçular tərəfindən sevimli naşirləri izləmək və ya müxtəlif oyunların rəsmi sosial media səhifələri ilə əlaqə saxlamaq üçün istifadə olunurdu.

© copyright 2022 | tech.az | info@tech.az