“Meta” Rusiyada ekstremist təşkilatlar reyestrinə daxil edilib

Bənövşə Kazımova
26 Noyabr 2022 16:42
88 baxış
“Meta” Rusiyada ekstremist təşkilatlar reyestrinə daxil edilib

“Meta Platforms” şirkətinin Rusiyada Rusiya Ədliyyə Nazirliyi tərəfindən ekstremist təşkilatların reyestrinə daxil edilib.

Bu barədə məlumat isə nazirliyin saytında verilib.

Belə ki, nazirliyin saytında ötən ay yerləşdirilmiş ictimai birliklərin və dini qurumların siyahısına əlavələr edilib. Bu qurumlar haqqında “Ekstremist fəaliyyətə qarşı mübarizə haqqında” federal qanunda nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən fəaliyyətlərinin likvidasiyası və ya qadağan edilməsi barədə yekun qərar qəbul edilib.

Bu siyahıya “Meta Platforms” da daxil edilib. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra “Meta”ya daxil olan sosial şəbəkələr Rusiyada bloklanıb və Rəsmi Moskva tərəfindən şirkət dövlət və silahlı qüvvələr əleyhinə təbliğat aparmaqda ittiham edilib.

© copyright 2022 | tech.az | info@tech.az