Meta süni intellektlə işləyən video yaratma platforması təqdim edib

Bənövşə Kazımova
01 Oktyabr 2022 11:02
125 baxış
Meta süni intellektlə işləyən video yaratma platforması təqdim edib

Meta şirkəti süni intellekt ilə işləyən video yaratma platforması təqdim edib. "Make-A-Video" adlanan platforma istifadəçilərin yazdığı cümlələrdən videolar hazırlayacaq.

Belə ki, istifadəçilər istədikləri yazını yazıb Make-A-Video-da videoya çevirə biləcəklər. Platformanın qısa videolar yaratdığını bildirən şirkət Make-A-Video-nun maşın öyrənmə üsulu ilə hazırlandığını bildirib.

Mövzu ilə bağlı Meta CEO-su Mark Zukerberq “Süni intellektlə dəstəklənən proqramlar istifadəçilərin yaradıcılığını artırmaq üçün nəzərdə tutulub. Platformalardan istifadə edən insanlar fikirlərini tez və asanlıqla vizuallaşdıra bilərlər. Sadəcə bir neçə söz yazmaqla, Make-A-Video-nun sizin üçün yaradıcı videolar yaratmasını təmin edə bilərsiniz.” - deyə açıqlama verib. Platforma hələlik yalnız 5 saniyəlik videolar hazırlaya bilər. Audio dəstəyi olmayan platformada bəzi çatışmazlıqlar da mövcuddur.

Qeyd etmək lazımdır ki, Meta süni intellektlə işləyən video yaratma platformasında hazırlayan tək şirkət deyil. Bu ilin əvvəlində Tsinghua Universiteti və Pekin Süni İntellekt Akademiyası (BAAI) da birgə CogVideo adlı süni intellekt tətbiqini təqdim edib.

© copyright 2022 | tech.az | info@tech.az