Yapon avtomobil istehsalçı “Mitsubishi” 2028-ci ilə qədər bazara ən azı 16 yeni model çıxarmağı planlaşdırır.
Məlumat üçün bildirək ki, elan edilmiş yeni məhsullar arasında yenilənmiş “Renault Clio” bazasında hazırlanacaq “Colt” hetçbeki, həmçinin “Renault” və “Nissan”ın elektrikli modelləri əsasında iki yeni elektromobil var.
2025-ci ilə qədər yeni “Mitsubishi Pajero Sport” buraxılacaq, krossoverin premyerası isə 2024-cü ildə keçiriləcək. Bundan əlavə, daha bir krossover və mikroavtobus elan edilib, onların təfərrüatları hələki açıqlanmır. Bəzi modellər tam elektrikli, bəziləri isə hibrid olacaq.