Mobil operatorlarda yaranan problemin səbəbi məlum olub

Cəmil Hüseynzadə
23 Sentyabr 2022 18:55
136 baxış
Mobil operatorlarda yaranan problemin səbəbi məlum olub

Bir neçə gün öncə mobil şəbəkələrdə yaranan problemin səbəbi məlum olub. Problemə səbəb modernizasiya işlərinin olduğu bildirilib. Bu haqda məlumatı Bakcell şirkəti rəsmi sosial media səhifələrdində paylaşıb. Bakcell-in yayımladığı məlumatı təqdim edirik.

Məlum olduğu kimi, sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində Bakcell xidmətlərindən istifadə etmək mümkün olmayıb. Bakcell şirkəti bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir. 21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə Nokia ilə birlikdə aparılan genişmiqyaslı modernizasiya işləri ilə bağlı olub.  
Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb. Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik.

© copyright 2022 | tech.az | info@tech.az