Mullen elektrikli avtomobil startapı Bollinger Motors-u satın alıb

Bənövşə Kazımova
09 Sentyabr 2022 17:02
37 baxış
Mullen elektrikli avtomobil startapı Bollinger Motors-u satın alıb

ABŞ-ın avtomobil istehsalçısı Mullen elektrikli avtomobil startapı Bollinger Motors-da hissə satın alıb. Bu barədə məlumat verən şirkət startapda artıq 60 faiz paya sahib olduğunu bildirib. 

Satınalmadan sonra Mullen 2015-ci ildə elektrikli furqonları istehsal etmək məqsədi ilə fəaliyyətə başlayan Bollinger Motors-un əməliyyatlarına nəzarət etmək və gələcək strategiyalarını müəyyən etmək hüququna malikdir. 148,2 milyon dollarlıq satınalmanın məqsədi şiddətli rəqabətli və sürətlə böyüyən elektrik avtomobil sənayesindəki mövqeyini gücləndirməkdir.

Bundan əlavə, razılaşmaya əsasən, Robert Bollinqer baş direktor vəzifəsində qalacaq.

© copyright 2022 | tech.az | info@tech.az