Netflix yeni mobil oyun studiyası qurub

Bənövşə Kazımova
27 Sentyabr 2022 15:41
102 baxış
Netflix yeni mobil oyun studiyası qurub

Netflix şirkətinin yeni mobil oyun studiyası qurduğu açıqlanıb. Şirkət mövzu ilə bağlı açıqlamasında bildirib ki, yeni oyun studiyası Finlandiyanın paytaxtı Helsinkidə yaradılıb. Netflix-in Helsinkidəki yeni oyun studiyasına əvvəllər Zynga oyun studiyasının həmtəsisçisi və baş meneceri vəzifəsində çalışmış Marko Lastikka rəhbərlik edəcək.

Yaradılan yeni oyun studiyası Netflix-in Helsinkidəki ikinci, ümumilikdə isə ikinci oyun studiyasıdır. Xatırladaq ki, Netflix bu ilin əvvəlində Finlandiyada yerləşən Next Games-i təxminən 72 milyon dollara alıb. Daha sonra Night School Studio və Boss Fight Entertainment studiyalarını satın alan şirkət ilk dəfə olaraq sıfırdan öz oyun studiyasını qurur.

Onu da əlavə edək ki, indiyədək istifadəçilərinə 20-dən çox oyun təqdim edən Netflix ilin sonuna qədər 50 oyuna çatmağı hədəfləyir. Netflix-in mobil oyunları arasında şirkətin məşhur seriyalarından olan Stranger Things və Queen's Gambit oyunları var.

 

© copyright 2022 | tech.az | info@tech.az