Niyə Ermənistanda proqramçı vakansiyalarının sayı Azərbaycandakından çoxdur?

Cəmil Hüseynzadə
02 Oktyabr 2022 22:53
1228 baxış
Niyə Ermənistanda proqramçı vakansiyalarının sayı Azərbaycandakından çoxdur?

Bir neçə gündür ki, sosial şəbəkələrdə Ermənistan və Azərbaycan İT vakansiyaları arasında kəskin fərq ciddi müzakirə edilir. Həqiqətən də, bu fərq ciddi müzakirə ediləsi mövzudur. 

Bu fərqin səbəbləri nədir? Səbəblər müxtəlifdir və çoxdur. Hər səbəb özü ilə yeni suallar doğurur:  Yerəvanda qlobal İT şirkətləri bizə nisbətən çoxdur deyə vakansiyalar da çoxdur. → Niyə onlarda bu tip şirkətlər çoxdur? → Bizdə də qlobal şirkətlər var, amma vakansiya sayı kifayət qədər deyil (bu həqiqətdirmi?).

Yerəvanda qlobal İT şirkətləri bizə nisbətən çoxdur deyə vakansiyalar da çoxdur.

İlk öncə nəzərə alaq ki, Azərbaycanda gəlir neftdən gəldiyi üçün əhalinin çox hissəsi neft sektorunda çalışmağa meyillidir və bunu da edir. Qarşı tərəfdə isə bu tendesniya fərqlidir. Hər yerdən əli üzülən insanlar bu kimi sahələrdə çalışmağa məhkumdurlar. Rahat iş tapma və qazanc əldə etmə uğurunda mübarizədə əhali İT sahəsində fəaliyyətini genişləndirməyə davam edib. Bu da öz növbəsində ucuz işçi qüvvəsi axtaran qlobal şirkətlərin Yerəvanı hədəf almasına səbəb olub. Nəticədə Yerəvanda dünya miqyasılı şirkətlərin ofisi açılıb. Bu da özlüyündə çox normal bir haldır. Qazanc əldə etmək istəyərkən porqramistliyə və İT sahəsinə yönəlmə kütləvilik aldığı üçün bu tendensiya olduqca olduqca normaldır.

Bizdə vəziyyət həqiqətən də pisdirmi? Azərbaycanda proqramist azdırmı? Xeyr. Az deyil, amma çox da deyil. Ölkə miyasına baxanda kifayət qədər deyil. Son illərdə ölkədəki vəziyyətə nəzər saldıqda görürük ki, bir çox aparıcı mütəxəssislər ölkə xaricinə köç edir. Bu həm rəqəmlərə, həm yeni proqramistlərin yetişməsinə mənfi təsir edir. Amma bu istiqamətdə ciddi addımlar atılır. Bir sıra təqaüd proqramları, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən proqramlar həyata keçirilir. Bu proqamların artıq uğurlu nəticəsi göz önünüdədir.

Rəqəmlər haqqında bir nüansı da qeyd etmək mütləqdir: LinkedIn istifadəçilərinin sayını.

İlk öncə Azərbaycan və Ermənistandakı LinkedIn istifadəçi saylarına baxar. napoleoncat.com saytının 2022-ci ilin sentyabr ayına görə Azərbaycanda 636 000 nəfər, Ermənistanda 301 700 nəfər LinkedIn istifadəçisi var. Bu da uyğun olaraq əhalinin 6.2% və 10.3% təşkil edir. Görünüdüyü kimi bizdə LinkedIn istifadəçilərinin sayı azdır. 

Ümumiyyətlə, Azərbaycanda şirkətlərin çox az qismi LinkedIndə vakansiya paylaşır. Adətən vakansiyalar elan saytlarında, HR-ların sosial media hesablarında post kimi və ya şirkətlərin birbaşa saytlarında paylaşılır. Bu da müqaisə edilən rəqəmlərə təsir edir. 

Rəqəmlərə təsir edən bir digər nüans şirkətlərin işçilərə yanaşmasıdır. Bilindiyi kimi bir çox şirkətlər bir neçə vakansiya üçün yalnız bir işçi qəbul edir.

Bütün bunlar görünən vakansiya sayına təsir edən amillərdir. Qarşı tərəfdə bəzi nüansların necə olduğunu tam qeyd edə bilərik. Bunun üçün onlarla birlikdə işləmək gərəklidir. İstənilən halda bu rəqəmləri çoxaltmaq gərəklidir.

Bu rəqəmləri dəyişdirmək, çoxaltmaq proqramist, menecer və insan resursları mütəxəssislərinin üzərindədir. 

© copyright 2022 | tech.az | info@tech.az