Nvidia-nın RTX 4000 seriyalı qrafik kartları təqdim olunub

Bənövşə Kazımova
21 Sentyabr 2022 12:40
37 baxış
Nvidia-nın RTX 4000 seriyalı qrafik kartları təqdim olunub

NVIDIA-nın keçirdiyi tədbirdə RTX 3000 seriyasından daha performanslı RTX 4000 modelləri rəsmi olaraq təqdim edilib

Nvidia GeForce RTX 4090 qrafik kartı RTX 3090 Ti ilə müqayisədə  daha yaxşı performans təklif edir. Shader Execution Reordering texnologiyası və DLSS 3.0 ilə şüa izləmə performansı da təxminən 3 dəfə artıb.

Şirkətin verdiyi məlumatlara görə, GeForce RTX 4090 qrafik kartı AD102 və 6384 CUDA nüvəsi, 24 GB GDDR6X yaddaşı,  76 milyard tranzistor, 1 TB/S bant genişliyi və 450 Vt TDP kimi xüsusiyyətlərə malikdir. Bu seriya modellərinin qiyməti isə 1599 dollar olaraq müəyyən edilib. 

© copyright 2022 | tech.az | info@tech.az