Oasys blokçeyn startapı 20 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
08 İyul 2022 13:30
53 baxış
Oasys blokçeyn startapı 20 milyon dollar investisiya alıb

Oyun tərtibatçıları üçün blokçeyn quran Oasys startapı 20 milyon dollar investisiya əldə edib. Bildirilib ki, investisiya turunda Jump Crypto, Crypto.com, Huobi, Kucoin, Gate.io, Bitbank və Mirana Ventures şirkətləri iştirak edib.

Təxminən 5 aydır fəaliyyət göstərən startap blokçeyn oyunlarının sürətli əməliyyatlar həyata keçirə bilməsi üçün infrastruktur hazırlayır. 

Bundan əlavə, startap hazırda kriptovalyutanı birjalarda siyahıya salmaq üzərində işləyir. Bu yeni investisiya ilə Oasys oyun tərtibatçıları, rəqəmsal aktiv mübadiləsi, oyun və kriptovalyuta sənayesi liderləri ilə əməkdaşlığını gücləndirməyi hədəfləyir. Nəzərinizə çatdıraq ki, hazırda 20 nəfərlik komanda ilə Sinqapur, Yaponiya, Cənubi Koreya və ABŞ-da fəaliyyət göstərən startap komandanı genişləndirməklə yanaşı, biznesin inkişafı və marketinq üzrə büdcə ayırmağı da planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az