Ölkəmizdə Kiber Təhlükəsizlik Platforması tərəfindən "HackBaku" milli Kibertəhlükəsizlik yarışması keçiriləcək

Bənövşə Kazımova
15 Avqust 2022 16:52
3986 baxış
Ölkəmizdə Kiber Təhlükəsizlik Platforması tərəfindən "HackBaku" milli Kibertəhlükəsizlik yarışması keçiriləcək

Kibertəhlükəsizliyin inkişafına və bu sahədə olan gənclərə dəstək vermək məqsədi ilə ölkəmizdə Kiber Təhlükəsizlik Platforması tərəfindən "HackBaku" milli Kibertəhlükəsizlik yarışması keçiriləcək.

HackBaku yarış proqramı 3 mərhələ olmaqla, 1 seçim tur mərhələsi və 2 əsas mərhələdən ibarətdir. Komandalar bu mərhələlərdə yarışmaya başlayaraq sonda finala qədər mübarizə aparırlar. Onlayn seçim turunu uğurla tamamlamış 6 komanda yarımfinal mərhələsinə keçəcək. Mərhələni keçən 6 komandadan 3 ən yaxşı komanda isə əsas mərhələ - HackBaku 2022 final mərhələsinə vəsiqə qazanacaq.

Bu yarışma proqramı 3 əsas istiqamətdə CTF,  Fikir yarışması və Bug Hunter yarışması olaraq həyata keçiriləcək. Qeyd edək ki,  "HackBaku" ilk olaraq Bakıda keçiriləcək. Yarışın sonrakı illərdə regionlarımızda da təşkil olunması nəzərdə tutulub. Hal hazırda ilk yarış ümumi 10 komanda (4 komanda regionlarımızdan seçilib yarış üçün dəvət ediləcək) olmaqla, 60 yarış iştirakçısı ilə start götürəcək.

 

 

 

 

 

© copyright 2022 | tech.az | info@tech.az